AZE | RUS | ENG |

Çexiyada Xocalı və Liditse faciəsi qurbanlarının xatirəsi anılıb

Çexiyada Xocalı və Liditse faciəsi qurbanlarının xatirəsi anılıb
Bu günlərdə Çexiyanın Liditse kəndi kədərli bir hadisənin - Liditse sakinlərinin nasistlər tərəfindən öldürülməsinin 77-ci ildönümünü qeyd edir.
 
AZƏRTAC xəbər verir ki, Liditse kəndi Çexiyanın paytaxtı Praqa ilə Kladno şəhəri arasında yerləşir.
 
1942-ci il iyunun 4-də "yəhudi məsələsini qəti həll etmək” təşəbbüsünün müəlliflərindən biri, Bohemiya və Moraviyada imperiya protektoru vəzifəsini icra edən Reynhard Qeydrixə Çexoslovakiya partizanları tərəfindən uğurlu sui-qəsddən sonra nasistlər kənd sakinlərinə qarşı cəza əməliyyatı keçirdilər. İyunun 10-da bütün sakinlər küçəyə qovuldu, onların evləri yandırıldı, yerli qəbiristanlıq dağıdıldı. 500 sakindən 340-ı, kişilərin isə demək olar ki, hamısı edam edildi. Qadınları həbs düşərgələrinə qovdular, uşaqları isə alman ailələrinə verdilər.
 
Müharibədən sonra Liditse bərpa edildi.
 
2010-cu il mayın 9-da Azərbaycanın Xocalı şəhəri ilə Liditse qardaşlaşıblar.
Anım günündə yüzlərlə çex və azərbaycanlı nasistlərin bu cinayətinin qurbanlarına ucaldılmış abidənin önünə toplaşmışdı. Onlar həm hitlerçilər tərəfindən Liditsedə öldürülmüş çexlərin, həm də erməni başkəsənlər tərəfindən Xocalıda qətlə yetirilmiş azərbaycanlı uşaqların, qadınların və qocaların xatirəsini hörmətlə yad etdilər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989