• cümə axşamı, 28 mart, 19:48
  • Baku Bakı 13°C

Çexiyada 30 illik müharibə dövründən qalma xəzinə tapılıb

18.12.18 12:38 343
Çexiyada 30 illik müharibə dövründən qalma xəzinə tapılıb
Çexiyanın Pardubitse diyarındakı Kraliki qəsəbəsində yaşayan bir fermer qəsəbənin yaxınlığındakı çəmənlikdə dəri kisəyə yığılıb yerin səthindən bir qədər aşağıda qazılıb gizlədilmiş 6 ədəd qızıl sikkə aşkar edib. Osmanlı İmperiyasında, Avstriya-Macarıstan, Polşa və Niderlandda zərb edilmiş bu sikkələrin 30 illik müharibə dövründə gizlədilməsi ehtimal edilir.
AZƏRTACxəbər verir ki, bu gün Pardubitsedə keçirilən mətbuat konfransında həmin tapıntı barədə rəsmi məlumat verilib. Alimlərin fikrincə, bu pullar bir muzdlu qatilə ödənilmiş haqq və ya qarətçinin əldə etdiyi qənimət ola bilər.
Çexiya qanunlarına görə, tapılmış xəzinənin dəyərinin 10 faizi onu tapan şəxsə ödənilir. İndi fermer bu tapıntının qiymətləndirilməsini gözləyir.
banner

Oxşar Xəbərlər