• cümə axşamı, 18 aprel, 19:20
  • Baku Bakı 21°C

Çexiya - Azərbaycan matçının hakimləri məlum olub

05.10.16 14:46 1276
Çexiya - Azərbaycan matçının hakimləri məlum olub
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanısloveniyalı hakimlər briqadasına tapşırıb.

Ostrava şəhərində keçiriləcək görüşdə ədalət təmsilçisi Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər.

Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.
banner

Oxşar Xəbərlər