“Çevik ruh-2019” təlimlərində 3000-dək hərbçinin iştirakı nəzərdə tutulub
İyulun 27-dən avqustun 9-dək Gürcüstanda "Çevik ruh-2019” çoxmillətli hərbi təlimi keçiriləcək.
AZƏRTACGürcüstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi təlimlərdə NATO-ya üzv və tərəfdaş 14 ölkənin 3 minədək hərbi qulluqçusu iştirak edəcək.
Doqquzuncu dəfə keçiriləcək bu təlim Gürcüstan ilə ABŞ və NATO əməkdaşlığının komponentidir.Hərbi təlimlər Senakidəki hərbi bazada, II Motoatıcı briqadanın, Orpolo və Vazianinin hərbi poliqonlarında keçiriləcək.