• cümə axşamı, 18 aprel, 10:52
  • Baku Bakı 12°C

Evdən qaçan qıza azərbaycanlı şairədən dəstək

14.01.14 18:34 1373
Evdən qaçan qıza azərbaycanlı şairədən dəstək
Təhsil almaq üçün 4 dəfə evdən qaçan Ağdam sakini Günay Abdullayevanın arzuları çin olacaq. Belə ki, Almaniyada yaşayan məşhur şairəmiz, araşdırmaçı alim Nuridə Atəşi Günayı himayəsinə götürməyə hazırlaşır.
Almaniyadan interpress.az-a açıqlama verən Nuridə Atəşi deyib ki, Günayın təhsil alması və evlə təmin olunmasına yardımçı olacaq: “Günayın xəbərini eşidəndən rahat ola bilmirəm. Onun polis şöbəsindəki görüntülərini də ürək ağrısı ilə seyr etdim. Bu qızın həyatını dəyişmək, təhsil almaq üçün üsyan etməsini alqışlayıram. Mən də evdən qaçdım və həyatımı dəyişdim”.
Nuridə Atəşi bildirib ki, Günayın Bakıda qalması üçün onu evlə təmin etməyə və təhsil alması üçün kömək göstərməyə hazırdır: “Neçə gündür Günayla əlaqə saxlamaq üçün onun telefon nömrəsini axtarıram. Qoy bilsin ki, o, tək deyil, ona kömək üçün əl uzadan insanlar var. Qoy Günay güclü olsun və mübarizəsini davam etdirsin”.
banner

Oxşar Xəbərlər