AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Evdən 5 min manata yaxın oğurluq edən dəstə belə saxlanıldı - VİDEO

Evdən 5 min manata yaxın oğurluq edən dəstə belə saxlanıldı - VİDEO

Kriminal
16 May 2021, 13:45 333
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Kaspi.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları- əvvəllər məhkum olunmuş Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 2000 manat nağd pul və 2350 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıblar.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.