• cümə axşamı, 28 mart, 20:57
  • Baku Bakı 13°C

“Evde qalın, eviniz sizi sığortalasın” - Video

09.04.20 16:35 605
“Evde qalın, eviniz sizi sığortalasın” - Video
İcbari Sığorta Bürosu yeni sosial video çarx hazırlayıb
Koronavirus pandemiyasından qorunmaq üçün tətbiq edilən karantin rejiminə İcbari Sığorta Bürosu (İSB) da dəstək verib. Belə ki, İSB "Evde qalın, eviniz sizi sığortalasın” şüarı altında sosial video çarx hazırlayıb. Sosial video çarxda müxtəlif yaş qrupundan olan vətəndaşların karantin rejimində evdə qalaraq həmrəylik nümayiş etdirməsi əks olunur. İSB-nun əməkdaşlarının da çəkildiyi videoçarxın qəhrəmanları "Biz zamanında evimizi sığortaladıq, indi isə evimiz bizi sığortalayır” deyərək əhalini karantin rejiminə ciddi əməl etməyə, pandemiya ilə əlaqədar qlobal mürəkkəb şəraitdə özlərini, yaxın və doğmalarını virusdan qorumaq üçün evdən çıxmamağa çağırır.
Xatırladaq ki, vətəndaşlar sahib olduqları əmlakları icbari qaydada sığorta etdirərək həmin əmlakı yanğın və risklərdən, təbii fəlakətlərdən həmçinin dəyə biləcək zərərlərdən sığortalamaq hüququna malikdir. Bu günün gerçəyi gələcəyin sığortasıdır. Biz birlikdə güclüyük. Həmrəy olaq, evdə qalaq və bu dəfə evimiz bizi sığortalasın.
Qeyd edək ki, Biz zamanında evimizi sığortaladıq, indi isə evimiz bizi sığortalayır” sosial videoçarxa aşağıdakı link vasitəsi ilə də baxa bilərsiniz.
banner

Oxşar Xəbərlər