• cümə, 19 Aprel, 05:05
  • Baku Bakı 18°C

ETSN: Havada toz dumanı davam edir

22.06.21 13:15 260
ETSN: Havada toz dumanı davam edir
Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub.
Bu barədəAPA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb.
banner

Oxşar Xəbərlər