Estoniyada qucaqlaşma aksiyası keçiriləcək
Estoniyada fevralın 24-də Respublika Günü münasibətilə qucaqlaşma aksiyası keçiriləcək.
AZƏRTACxəbər verir ki, Estoniya Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə "20:19-da qucaqlaşaq!” adlı aksiya zamanı vətəndaşlar məhz o saatda bir-birini qucaqlayacaq.
Aksiyada ölkəyə gələn turistlər də iştirak edə bilər.
Analoji aksiya 2018-ci ildə də "20:18-də qucaqlaşaq!” şüarı ilə keçirilib.