• cümə, 29 Mart, 10:04
  • Baku Bakı 5°C

Estoniyada Azərbaycan musiqiçilərinin konserti keçiriləcək

15.05.19 13:00 992
Estoniyada Azərbaycan musiqiçilərinin konserti keçiriləcək
Mayın 16-da Tallindəki Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilərin konserti keçiriləcək.
AZƏRTACxəbər verir ki, "Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin "Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində keçiriləcək konsertdə Xalq artisti, pianoçu Yeganə Axundova, skripkaçı Ümidə Abbasova, tarzən Atabəy İsmayılov, bəstəkar və pianoçu İlahə İsrafilova və pianoçu Fəqan Həsənli iştirak edəcəklər. Konsertdə Azərbaycan və Estoniya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün ilk qrant müsabiqəsini qazanıb. Məqsəd Azərbaycan musiqisini beynəlxalq aləmdə təbliğ etmək, ölkənin gənc istedadlarını tanıtmaqdır.
banner

Oxşar Xəbərlər