AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Estoniya XİN: Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımırıq

Estoniya XİN: Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımırıq

Təfsilat
31 Mart 2020, 19:42 383
Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır.
APA-nın xəbərinə görə, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "Twitter" səhifəsində bildirilib.
"Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri qanuni hesab etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edirik", - deyə  Estoniya XİN qeyd edib.