• cümə, 29 Mart, 11:18
  • Baku Bakı 5°C

“Əsas məqsədim insan yetişdirməkdir” - Örnək

15.05.20 13:30 4182
“Əsas məqsədim insan yetişdirməkdir” - Örnək
Aysel Əlizadə: "Kənd uşaqlarına isə kiçik jestlə, hədiyyə ilə böyük xoşbəxtliklər yaşatmaq olur”
Deyir ki, müəllimlik təhsili almaq asandır. Çox çalışıb universitetə qəbul olarsan, oxuyub bitirərsən. Hətta müəllimlərin işə qəbul imtahanını da çalışıb vermək olar. Ən çətin olanı uşaqların sevimli müəllimi olmaqdır. "Çünki uşaqların böyüklər kimi çıxarları olmur, nəyəsə görə sevmirlər. Onların sevgisi içdən gəlir” deyən müsahibimiz Şəmkir rayonunun Düyərli kəndinin ibtidai sinif müəllimiAysel Əlizadədir.

- İşini həvəslə görən müəllimlərdənsiniz. Maraqlıdır, müəllimlik seçimi də həvəsdən dolayı olmuşdu?
- Universitetə hazırlaşanda, ağlımda iki ixtisas var idi: jurnalistika və ibtidai sinif müəllimliyi idi. Bu istiqamətdə çalışdım və istədiyimə nail oldum. Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai sinif müəllimliyi üzrə təhsil aldım. 2017-ci ildə Müəllimlərin İşə Qəbul imtahanında (MİQ) iştirak etdim, amma istədiyim balı yığa bilmədim. 46 bal toplamışdım, 2017-ci ildə o bal yetərli idi, ancaq hədəfim böyük idi. Ona görə həmin il müqavilə ilə işlədim. 2018-ci ildə imtahana qatıldım, 55 bal yığaraq Şəmkir rayon Düyərli kənd 2 saylı orta məktəbini seçdim.

- Niyə ibtidai sinif müəllimliyi?
- Bir növ valideynlərinin imkansızlığına görə fərqləndirilən şagirdlərin səsi olmaq istədim. Müəllim olmaq istəməyimin başqa bir səbəbi də var. Məktəbdə oxuyanda çox yaxşı müəllimlərlə yanaşı, vicdansızlarına da rast gəlmişəm. Haqsızlıqla qarşılaşanda, deyirdim ki, böyüyəndə müəllim olacam, amma sizin kimi yox. İbtidai sinif müəllimliyinə gəlincə, bu seçimi edəndə, özüm də məktəbli idim və görürdüm ki, 10-11-ci siniflərdə şagirdlər müəllimə daha az hörmət edirlər. Aşağı siniflərdə isə müəllim uşağın həyatında daha dərin iz qoya bilir.


banner

Oxşar Xəbərlər