• cümə, 29 Mart, 18:21
  • Baku Bakı 14°C

"Əsas məqsəd qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır"

18.03.19 11:51 408
"Əsas məqsəd qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır"
Neft istehsal edən ölkələrin əsas məqsədi qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır.
Trend-in məlumatına görə, bunu Bakıda OPEK+ Birgə Monitorinq Komitəsinin 13-cü iclasında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əbdüləziz əl-Falih deyib.
Nazir bildirib ki, ötən il bir sıra tədbirlər sayəsində bazarın stabilləşməsinə nail olmaq mümkün oldu. O əlavə edib ki, bir çox uğurlara baxmayaraq, hələ də çox iş görmək lazımdır:
"Mən şadam ki, iclas Bakıda, neftin vətənində keçirilir. Biz bu gün burada Azərbaycanın neft sənayesinin uğurlarını qeyd etmək üçün toplaşmışıq”.
Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.
banner

Oxşar Xəbərlər