• cümə, 29 Mart, 15:00
  • Baku Bakı 14°C

Ermənistanın Soros Fondu ilə əməkdaşlığının əsas məqsədi nədir?

01.08.20 16:38 1093
Ermənistanın Soros Fondu ilə əməkdaşlığının əsas məqsədi nədir?
"Bu gün də ciddi şəkildə həmin şəxslər hansılar ki, Fondla əlaqəlidirlər Ermənistanda müxtəlif ən yüksək siyasi kürsülərə qədər gəlirlər, baxmayaraq ki, onların dövlət işində heç təcrübələri də yoxdur. Əsas məqsəd isə Rusiyanın orbiti altından Ermənistanın çıxarılmasıdır".
Bu sözləriSİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O bildirib ki, Soros Fondu dünyanın bir çox ölkələrində öz məqsədlərinə çatmaq üçün ciddi şəkildə işlər görür: "Təbii ki, bu Fond üçün daha çox qeyri-demokratik ölkələr və gələcək xarici siyasətini sonuna qədər təyin edə bilməmiş ölkələrə müdaxilə daxildir. 2000-ci illərin əvvəllərindən başlayaraq Soros Fondu bir çox ölkələrdə, o cümlədən Ukraynada, Gürcüstanda, Qırğızıstanda, Ermənistanda aktivləşməyə başlamışdır. Bura biz digər ölkələri də aid edə bilərik. Ermənistana gəldikdə isə ümumdünya erməni diaosporası bu gün Soros Fondu ilə əl-bir olaraq Cənubi Qafqazdakı prosesləri dəyişmək istiqamətində addımlar atmaqdadır. Bu addımlara təbii ki, Ermənistanın Cənubi Qafqazın, ümumilikdə Rusiyanın orbiti altından çıxmasından söhbət gedir. Artıq bununla bağlı faktlar da var. Lakin, bu, indinin məsələsi deyil. Sarkisyan və Koçaryan dövründə də Ermənistanın QHT və vətəndaş cəmiyyətlərinin digər institutları demək olar ki, Soros Fondu ümumilikdə qərbin ayrı-ayrı fondlarının maliyyə tabeçiliyinə keçmişlər. Nəticədə biz Ermənistanda inqilabın şahidi olduq. Bu gün də ciddi şəkildə həmin şəxslər hansılar ki, Fondla əlaqəlidirlər Ermənistanda müxtəlif ən yüksək siyasi kürsülərə qədər gəlirlər. Baxmayaraq ki, onların dövlət işində heç təcrübələri də yoxdur. Əsas məqsəd isə Rusiyanın orbiti altından Ermənistanın çıxarılmasıdır".
Ekspertin sözlərinə görə, belə bir halda Ermənistanda baş verənlər bir daha onu göstərir ki, oradakı hadisərin demokratiya ilə heç bir əlaqəsi yoxdur: "Orada faktiki olaraq geosiyasi müharibə gedir və belə bir vəziyyətdə həm də biz Soros Fondunun üzvlərinin, o cümlədən Nikol Paşinyanın Azərbaycana qarşı cəbhədə təxribatlarını görürük. Onlar Rusiyanı bu müharibəyə çəkməklə öz havadarlarının eyni zamanda öz planlarının həyata keçirilməsini istəyirlər. Son hadisələr də bunu göstərdi ki, Ermənistan provakasiyaları qarşısında erməni hakimiyyətinin özü ciddi şəkildə məğlub oldu. Dünya da Ermənistanın işğalçı siyasətini bir daha görmüş oldu".
banner

Oxşar Xəbərlər