• cümə, 19 Aprel, 21:14
  • Baku Bakı 24°C

Ermənistanın sabiq prezidenti: Bizim alternativ yolumuz yoxdur

17.06.21 19:30 284
Ermənistanın sabiq prezidenti: Bizim alternativ yolumuz yoxdur
Ermənistanın birinci prezidenti, Milli Konqres partiyasından baş naziri postuna namizəd Levon ter- Petrosyan hesab edir ki, Qarabağ məsələsinin həllində artıq nə Ermənistanlıq, nə də ermənilərlik bir iş qalmayıb.
AZƏRTACxəbər verir ki, o, Ermənistan İctimai Televiziyası ilə seçkiqabağı təbliğat kampaniyası çərçivəsindəki çıxışında Ermənistan-Azərbaycan münaqişəsində mövcud vəziyyətini şərh edərkən belə deyib.
"Hazırda Azərbaycanla müharibənin yenidən başlanılması ehtimalı yoxdur”,- deyən Levon ter-Petrosyan 44 günlük müharibənin reallığa çevrilən nəticələrinə eyham vuraraq mövcud situasiyanın şərtlərinə adaptasiyanı Ermənistan üçün yeganə məqbul yol hesab edir: "Sülh bərqərar olub, Rusiya hərbçiləri həmin sülh üçün təminatdır və bu təminat Ermənistanla Azərbaycan arasında müharibənin bərpasını mümkünsüz edir. Ola bilər, mənimlə razılaşmayasınız, lakin zaman keçdikcə bizim Azərbaycan və Türkiyə ilə, tədricən də olsa, ardıcıl razılaşmalara getmək yolumuzun alternativi yoxdur. Qonşular əbədilik düşmən ola bilməzlər”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində imzalanmış Şuşa Bəyannaməsini nəzərdə tutaraq, Türkiyənin Cənubi Qafqaza "qonaq kimi gəlmədiyini” bildirən sabiq prezidentin birmənalı qənaətinə görə, qonşularla əbədi düşmənçilik strategiyası Ermənistanın gələcək mövcudluğunu şübhə altına ala bilər. O hesab edir ki, Ermənistana sülh, xoş qonşuluq münasibətləri və situasiyanı tənzimləmək üçün iradə indi həmişəkindən daha çox gərəkdir.
"Qarabağ münaqişəsinin həllində” artıq Ermənistanlıq heç nəyin qalmadığını, məsələnin ən yaxşı halda, Rusiya və BMT-nin iştirakı ilə həllinə ümid etdiyini bildirən Levon ter-Petrosyan fikrini bu cür yekunlaşdırıb: "İnanmaq və gözləmək lazım deyil ki, hansısa erməni "Mən Qarabağ münaqişəsini həll edərəm”, - desin. Beləsi yoxdur, mövcud deyil. Bu, illüziyadır”.
banner

Oxşar Xəbərlər