• cümə axşamı, 18 aprel, 14:06
  • Baku Bakı 22°C

Ermənistanın Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru

28.10.20 20:04 459
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət alıb. Bizim xəstəxanaya 26 yaralı daxil olub. Bunların 19-u kişi, 7-si qadındır.
Trend-in məlumatına görə, bunu Yevlax Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov deyib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən xəstələrin bir çoxunun vəziyyəti ağırdır: "Onlar reanimasiyadadırlar. Sizin gördükləriniz sadəcə danışa bilən, yüngül xəsarətlər alan şəxslərdir".
Xəstəxana direktoru əlavə edib ki, erməni quldurları birinci dəfə deyil ki, Azərbaycanın mülki əhalisini hədəfə alır: "Bu hadisə ermənilərin azərbaycanlılara qarşı növbəti təcavüzünün bariz nümunəsidir".
banner

Oxşar Xəbərlər