• cümə, 29 Mart, 10:51
  • Baku Bakı 5°C

Ermənistanda təbii qazın qiyməti bahalaşacaq

13.12.18 14:08 453
Ermənistanda təbii qazın qiyməti bahalaşacaq
Ermənistanda təbii qazın qiyməti bahalaşacaq.
"Report” xəbər verir ki, məlumatı "Jamanak” qəzeti yayıb.
Bildirilib ki, Rusiya ilə təbii qazın qiymətinin aşağı salınması ilə bağlı danışıqlar aparılmır: "Bu isə o deməkdir ki, 2019-cu il yanvarın 1-dən Rusiya qazı Ermənistana daha baha qiymətə satacaq. Bu da istehlakçılara baha qiymətə başa gələcək”.
Qeyd edək ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın dekabrda Rusiya Prezidenti Vladimir Putinlə təbii qazın qiymətini yenidən müzakirə etmək niyyətində olması barədə məlumat yayılmışdı. Ancaq bu müzakirə baş tutmayıb. Ermənistanda yeni hökumət 2019-cu il yanvarında formalaşdırlacaq.
Xatırladaq ki, Rusiya Ermənistana min kubmetr qazı 150 dollara satır.
banner

Oxşar Xəbərlər