• cümə, 29 Mart, 09:52
  • Baku Bakı 5°C

Ermənistanda sutka ərzində 35 nəfər koronavirusa yoluxub

29.03.20 09:45 598
Ermənistanda sutka ərzində 35 nəfər koronavirusa yoluxub
Ermənistanda son bir gün ərzində daha 35 nəfər koronavirusa qoluxub.
APA"news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində bildirib.
O qeyd edib ki, Ermənistanda koronavirusla bağlı gərgin vəziyyət yaşanmaqdadır: "Təəssüf ki, xəstələrin sayında artım qeydə alınır. Bu gün daha 35 nəfərdə koronavirus təsdiqlənib. Ancaq ümumilikdə deyə bilərəm ki, vəziyyət nəzarət altındadır. Karantin rejiminə riayət etməliyik”.
Qeyd edək ki, ölkədə yeni virusa yoluxanların ümumi sayının 407 nəfərə çatdığı bildirilir.
banner

Oxşar Xəbərlər