• cümə axşamı, 25 aprel, 02:58
  • Baku Bakı 19°C

Ermənistanda seçki məntəqələrində səsvermələrdə problemlər yaranıb

20.06.21 13:45 468
Ermənistanda seçki məntəqələrində səsvermələrdə problemlər yaranıb
Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri bir sıra problemlərlə müşahidə edilir.
Bu barədə"Report”"RİA Novosti”yə istinadən xəbər verir.
Bunlardan biri seçki məntəqələrində uzun növbələrin yaranmasıdır. Qeyd edilir ki, ajiotaj heç də seçkiöncəsi mübarizənin aktiv nəticəsi ilə yox, səsvermə prosedurunun uzadılması ilə əlaqədardır.
Əvvəlcə seçicilər ikili pasport və barmaq izi üzrə eyniləşdirmə posedurunu keçirlər. Sonra ona 25 bülleten (hər partiya üçün 1 bülleten) paketi sayırlar. Seçilmiş bülleten zərfə qoymaq və ona holoqram yapışdırmaq lazımdır. Sonra zərf urnaya qoyulur.
Bəzi seçicilər seçki məntəqələrində çox gözləmələrindən ciddi narazılıq edirlər.
Qeyd edək ki, Ermənistanda bir neçə aydır davam edən daxili ictimai-siyasi böhran fonunda bu gün növbədənkənar parlament seçkiləri keçirilir. Ölkədə yerli vaxtla saat 7:00-da 2 008 seçki məntəqəsi açılıb. Səsvermə Bakı vaxtə ilə saat 20:00-da başa çatacaq. Seçici siyahılarında 2 583 823 nəfərin adı var.
banner

Oxşar Xəbərlər