AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda koronavirusla əlaqədar vəziyyət ağırdır

Ermənistanda koronavirusla əlaqədar vəziyyət ağırdır

Təfsilat
31 May 2020, 11:36 193
Ermənistanda koronavirusa yoluxduğu təsdiq olunan 400-dən çox pasiyentin vəziyyəti ağır və ya son dərəcə ağırdır. SİA məlumatına görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Koronavirusa yoluxmuş 358 pasiyent ağır vəziyyətdədir, 58 nəfərin vəziyyəti son dərəcə ağırdır. 15 insan süni nəfəs aparatına qoşulub", - baş nazir onlayn-brifinqdə deyib.
Ermənistanda martın 16-da iyunun 13-dək koronavirusun yayılması ilə mübarizə üçün fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə COVID-19 8 927 insanda aşkar edilib, 127 nəfər ölüb.