• cümə, 26 Aprel, 00:41
  • Baku Bakı 16°C

Ermənistanda koronavirusdan ölənlərin sayı 3030 nəfərə çatıb

22.01.21 12:15 358
Ermənistanda koronavirusdan ölənlərin sayı 3030 nəfərə çatıb
Ermənistanda son sutkada yeni növ koronavirusa 183 yeni yoluxma qeydə alınıb.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 165 711 nəfərə çatıb.
Son 24 saat ərzində 9 nəfər koronavirusdan vəfat edib ki, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin sayı 3030 nəfərə yüksəlib.
154259 nəfər xəstəlikdən sağalıb, hazırda 7678 nəfərin müalicəsi davam edir.

banner

Oxşar Xəbərlər