• cümə, 29 Mart, 03:50
  • Baku Bakı 7°C

Ermənistanda koronavirusa yoluxanların sayı 351 mini ötüb

23.01.22 11:40 368
Ermənistanda koronavirusa yoluxanların sayı 351 mini ötüb

Ermənistanda son sutkada daha 814 nəfərdə COVID-19 aşkarlanıb.
"Report”xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 351 711-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 8 028-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 523 nəfərdir. İndiyədək 334 218 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 7 942 aktiv koronavirus xəstəsi var.
banner

Oxşar Xəbərlər