Ermənistanda koronavirusa yoluxanların sayı 32 minə çatıb
Son 24 saat ərzində Ermənistanda daha 577 nəfər koronavirusa yoluxub.
AZƏRTACxəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 32 min 969 nəfərə yüksəlib.
Son sutka ərzində koronavirusdan 9 nəfər dünyasını dəyişib və hazırda ölənlərin ümumi sayı 565-dir.