Ermənistanda koronavirusa yoluxanların sayı 225 mini ötüb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 128 yoluxma halı qeydə alınıb.
Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4514 nəfərdir.
APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 225 095 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb.Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4514 nəfərdir.