• cümə axşamı, 28 mart, 17:29
  • Baku Bakı 16°C

Ermənistanda hakim partiyanın deputatı icma rəhbərini təhqir edərək hədələyib

05.12.21 13:20 227
Ermənistanda hakim partiyanın deputatı icma rəhbərini təhqir edərək hədələyib
Ermənistanda Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasını Milli Məclisdə təmsil edən deputatı Rüstəm Bakoyan Tlik icmasının rəhbəri Slavik Saloyanı təhqir edərək hədələyib.
"Report”xəbər verir ki, bu barədə "Politik.am” yazıb.
İcmada öz namizədi olan Dövlət Dumasının deputatı S.Saloyana təzyiq göstərməyə çalışıb. Bakoyan hətta dəstək üçün kriminal avtoritetlərə müraciət edib.
Qeyd edək ki, bu gün Ermənistanın 7 rayonunda yerli özünüidarə orqanlarına seçkilər keçirilir.
banner

Oxşar Xəbərlər