AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda COVID-19-dan ölənlərin sayı 4500-ü keçib

Ermənistanda COVID-19-dan ölənlərin sayı 4500-ü keçib

Təfsilat
22 İyun 2021, 11:45 104
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 77 yoluxma halı qeydə alınıb.
 
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 330-a çatıb.
 
Son 24 saat ərzində ölkədə koronavirusdan 3 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 502-yə çatıb.