Ermənistanda COVID-19-dan ölənlərin sayı 2922 nəfərə çatıb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 379 yoluxma qeydə alınıb, 14 nəfər ölüb.
APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 161 794, ölənlərin sayı isə 2922 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 148 893 nəfərdir.