Ermənistanda COVID-19-a yoluxanların sayı 225 339 nəfərə çatıb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 118 yoluxma halı qeydə alınıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 225 339 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 1 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4518 nəfərə çatıb.