Ermənistanda COVID-19-a yoluxanların sayı 225 221 nəfərə çatıb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 126 yoluxma halı qeydə alınıb.
APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 225 221-ə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 3 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4517 nəfərə çatıb.