AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda bir gündə 460 nəfər koronavirusa yoluxdu

Ermənistanda bir gündə 460 nəfər koronavirusa yoluxdu

Təfsilat
29 May 2020, 12:45 183
Ermənistanda koronavirusa yoluxanların sayı 8 676 nəfərə çatıb.
 
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 460 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.
 
Bu günədək Ermənistanda 120 nəfər koronavirusdan ölüb, 5 259 nəfərin müalicəsi isə davam edir.
 
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.