• cümə, 19 Aprel, 20:57
  • Baku Bakı 24°C

Ermənistanda Baş Prokurorluğa 319 seçki pozuntusu barədə məlumat daxil olub

21.06.21 09:00 218
Ermənistanda Baş Prokurorluğa 319 seçki pozuntusu barədə məlumat daxil olub
Ermənistanın Baş Prokurorluğuna ölkədə keçirilən parlament seçkiləri zamanı yol verilmiş qanun pozuntuları barədə 319 məlumat daxil olub.
APATASS-a istinadən xəbər verir ki, bunu qurum nümayəndəsi Edqar Arsenyan keçirdiyi brifinqdə deyib.
"Müxtəlif kanallar vasitəsi ilə prokurorluğa seçkilər zamanı yol verilmiş 319 qanun pozuntusu ilə bağlı məlumat daxil olub. Bunlardan 150 müraciətdə cinayət əlamətləri var. Altısında rüşvət əlaməti ilə bağlı cinayət işləri başlanılıb. 144 iş araşdırmaya və sənədlərin hazırlanmasına göndərilib”, - deyə Arsenyan bildirib.
banner

Oxşar Xəbərlər