Ermənistanda ali məktəblərdə etiraz aksiyaları keçirilir

Ermənistanda ali məktəblərdə etiraz aksiyaları keçirilir

Təfsilat
13 Noyabr 2019, 16:21 1089
Ermənistan hökumətinin hazırladığı ali təhsil haqqında yeni qanun layihəsində universitetlərin qeyri-humanitar fakültələrində erməni dili, erməni tarixi və ədəbiyyatı dərslərinin ləğv olunması qərarına etiraz edən tələbələr və professor-müəllim heyəti birgünlük tətil keçiriblər.
AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, etirazlara rəhbərlik edən Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin professoru Narina Dilbaryan bu mübahisəli qanun layihəsini Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə müzakirə etməyi tələb edib. Tətillə paralel olaraq Yerevanın mətbuat mərkəzlərindən birində tarixçi alimlərin də mətbuat konfransı keçirilib. Etirazlara millətçi "Daşnaksutyun” partiyası da qoşulub.
Erməni dilinin və ədəbiyyatının arxa plana atıldığını iddia edən nümayişçilər baş nazir Paşinyandan nazir Araik Arutyunyanı istefaya göndərməyi tələb edirlər.