• çərşənbə, 24 Aprel, 00:43
  • Baku Bakı 14°C

Ermənistanda 8 hərbçi intihar faktı ilə əlaqədar istintaqa cəlb olunub

26.08.17 22:23 506
Ermənistanda 8 hərbçi intihar faktı ilə əlaqədar istintaqa cəlb olunub
"Ando” kimi tanınan hərbi qulluqçunun intihar etməsi ilə bağlı Ermənistanın daha 8 nəfər hərbi qulluqçusu istintaqa cəlb olunub.
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
Ermənistan mətbuatının xəbər verdiyi kimi avqustun 20-də hərbi hissənin ərazisində avtomatı çənəsinə söykəyərək intihar etmiş 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın ölümü səbəbindən "özünü öldürmə həddinə çatdırma” maddəsi ilə açılan cinayət işi üzrə istintaq davam edir. Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Bas İdarəsinin Xüsusi Mühüm İşlər Üzrə İstintaq İdarəsinin bildirdiyinə görə, təkcə bir epizod üzrə Yerevan yaxınlğında olanhərbi bazada Andranik Mkrtçyanla birlikdə xidmət edən 8 nəfər hərbi qulluqçu istintaqa cəlb olunub.
Andranik Mkrtçyanın intihar etməsindən sonra başlanan cinayət işinin belə ajiotaj doğurmasına səbəb "Ando”nun başqa hərbçilərlə birlikdə gənc əsgərləri mütəmadi olaraq işgəncələrə və cinsi istismara məruz qoymasıdır.
İstintaq İdarəsinin əməkdaşlarının bildirdiyinə görə, Andranik Mkrtçyanın - "Ando”nun və onunla birlikdə xidmət edən digər hərbçilərin işğal olunmuş Kəlbəcərdə döyüş postunda törətdikləri başqa cinayət əməlləri də araşdırılır.
banner

Oxşar Xəbərlər