• şənbə, 20 Aprel, 07:15
  • Baku Bakı 14°C

Ermənistan XİN başçısı vəzifəsinə namizədin adı açıqlanıb

03.08.21 14:08 261
Ermənistan XİN başçısı vəzifəsinə namizədin adı açıqlanıb
Ermənistanın Baş naziriNikol Paşinyanölkə Prezidenti Armen Sarkisyana xarici işlər naziri vəzifəsinəMqer Qriqoryanın təyin olunmasını təklif edib.
"Report”xəbər verir ki, məlumatı "Aysor” yayıb.
Bildirilib ki, Nikol Paşinyan səhiyyə naziri postuna Anait Avanesyan, fövqəladə hallar naziri vəzifəsinə Andranik Piloyan, təhsil, elm, mədəniyyət və idman naziri postuna Vaqram Dumanyan, iqtisadiyyat naziri vəzifəsinə isə Vaqan Kerobyanın təyin olunmasını təklif edib.
Bundan başqa, Nikol Paşinyan ədliyyə naziri vəzifəsinə Karen Andreasyan, maliyyə naziri postuna isə Tiqran Xaçatryanın təyinatı ilə bağlı təklif irəli sürüb.
Ermənistan Prezident Administrasiyasından bildirilib ki, xarici işlər nazirinin təyinatı ilə bağlı təklif aparata daxil olmayıb.
banner

Oxşar Xəbərlər