Ermənistan transmilli terrorçuların sığınacağına çevrilib - Fotolar
Yayın əvvəlində Parisin yaxınlığındakı Kretey şəhərində
yerli müsəlman icmasına qarşı terror aktı törədilib - sürücü avtomobili məscid qarşısında dayanan
adamların üzərinə sürməyə cəhd göstərib.
Xoşbəxtlikdən, hadisə zamanı ölən olmayıb-avtomobil divara
çırpıldığından polis sürücünü yaxalaya bilib.
Hadisədən artıq 2 aydan artıq vaxt keçsə də,
terrorçunun adı hələ də açıqlanmayıb və bu,
özü-özlüyündə qəribədir. Çünki
indiyədək Fransadakı analoji terror hadisələr zamanə cinayətkarların adları gizli
saxlanmırdı. Bəs, bu dəfə nə baş verib?
Erməni
terroru – terror deyil?
Fransanın "Parisien” qəzetinin yaydığı məlumata görə, sürücü nə sərxoş, nə də narkotiklərin təsiri
altında olub. Söhbət erməni əsilli kişidən
gedir - hadisə yerindən qaçan 43 yaşlı erməni sonra polis tərəfindən
saxlanılıb. O bildirib ki, Parisdə bir müddət əvvəl terror aktları törətmiş
radikallardan qisas almaq istəyirmiş...
İndiyədək Avropanın müxtəlif yerlərində baş verən
terror aktlarından dərhal sonra şübhəli şəxslərin adları, milliyəti, dini baxışları haqda ətraflı məlumat
yayan Qərb KİV-i bu dəfə diqqəti terrorçunun şəxsiyyətinə yönəltməyi lazım bilmədi.
Axı, sükan arxasında oturub avtomobili dinc insanların üzərinə sürən şəxs
Fransanın ərəb yox, erməni mənşəli vətəndaşı idi. Avropada isə daim erməni terroru haqda susmağa
üstünlük veriblər, insan qırğınları ilə nəticələnən erməni cinayətlərinə göz
yumulub, ittiham olunanlar isə sonradan
sərbəst buraxılıb. Məhz bu ikili
yanaşmanın nəticəsidir ki, ötən əsrin ortalarında erməni terroru olduqca böyük
coğrafi məkanı bürümüşdü – SSRİ-dən tutmuş, Qərbi Avropa və Yaxın Şərqə qədər.
1977-ci ilin yanvarında Moskva metrosunda törədilmiş terror aktından sonra Ermənistan
SSR-nin rəhbərliyi və onların Moksvadakı havadarları əllərindən gələni etdilər
ki, bu qanlı cinayətdə erməni izinin olduğu gizlədilsin, mərkəzi mətbuatda isə terror
haqda və onu törətmiş Akop
Stepanyan, Zaven Baqdarasyan və Stepan
Zatikyan haqda bir cümlə də yazılmasın.
Təxminən eyni vaxtda Avropa və Yaxın Şərqdə də
terror dalğası qaldıran erməni təşkilatı ASALA 1973-1984-cü illərdə dünyanın müxtəlif ölkələrində
Türkiyə diplomatlarına qarşı 23 terror cinayəti törədib, nəticədə 31 türk
diplomatı həlak olub, onlarla insan yaralanıb. Lakin bu terroru təşkil edənlər
ya məsuliyyətdən yaxa qurtarıb, ya da sonradan azadlığa buraxılıblar.
Ermənistan
– terrorçuların sığındığı ölkə
Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən erməni
terror təşkilatları artıq yeni yaradılmış müstəqil Ermənistanın dəstəyinə də
bel bağlaya bilirlər. Çünki müstəqillik əldə edəndən sonra Ermənistanın rəsmi
dairələri "Daşnaksütyun", ASALA, "Erməni Azadlıq cəbhəsi" kimi
terror təşkilatları fəallarının reabilitasiyasını özləri üçün, sanki prioritet sayırlar.
Yalnız bir neçə faktı xatırladaq.
1983-cü ilin iyulunda Parisdə Orli aeroportunda 8 nəfərin
ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs
cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda
dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilib və 2001-ci ilin aprelində
Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq
tapıb.
Məşhur terrorçu Monte Melkonyan da 1990-cı ildə
Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlib və terror fəaliyyətini Dağlıq
Qarabağda davam etdirib. Yeri gəlmişkən,
bu gün Ermənistanın milli qəhrəmanı elan olunmuş bu terrorçunun adı Müdafiə
Nazirliyinin diversiya mərkəzlərindən birinə verilib.Daha bir terrorçu,
Daşnaksütyun partiyasının "Dro" terror qrupunun üzvü Qrant Markaryan da
Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan biri olub.
Ən rüsvayçı hal isə Yerevanda Hitlerin əlaltılarından
sayılan, Vermaxtın erməni cəza legionunun əsasını qoymuş Qaregin Ter-Arutunyana
– faşist generalı Njdeyə abidənin açılışı və bu mərasimdə Ermənistan prezidenti
Serj Sarqsyanın da iştirak etməsi olub.
Rəsmi Yerevanın dövlət səviyyəsində terrorçu və
faşistlərə rəğbətindən danışarkən, Ermənistan rəhbərliyində təmsil olunan şəxslərlə
terrorçu liderlər arasındakı oxşarlıqlara diqqət yetirmək lazımdır. Əli minlərlə günahsız insanın qanına bulaşmış
Njdeyə səcdə edən Ermənistan rəhbərliyinin özünün əlləri günahsız Xocalı sakinlərinin qanına
batmayıbmı? Kütləvi soyqırımı, etnik təmizləmələrə
şəxsən iştirak etmiş və bunu fərəhlə bəyan
edən S.Sarqsyanın faşist generalına və
"qəhrəman-terrorçulara” abidə ucaltması qəribədirmi? Məhz Serj Sarqsyan, Robert Koçaryan kimi
insanların sayəsində bu gün Ermənistanda terror daxili siyasi mübarizənin, az
qala, leqal vasitələrindən birinə çevrilib. Parlamentin binasında öz opponentlərini güllələmək, paytaxtın mərkəzində
polis bölməsini ələ keçirərək siyasi tələblər irəli sürmək, işğal altında olan
Dağlıq Qarabağdan Yerevana qeyri-qanuni silahlı dəstələr gətirərək siyasi
müxalifətə hədə qorxu gəlmək - bütün
bunlar Ermənistanda siyasi mübarizə
metodu sayılır.
Digər tərəfdən, Serj Sarqsyan Ermənistanda iqtiara öz
biliyi, savadı, intellekti, dünyagörüşü və ağlı sayəsində deyil, millətçi kütlənin gözündə yaratdığı "azərbaycanlıları
məhv edən qəhrəman” obrazı və rəhbərlik etdiyi qanunsuz silahlı birləşmələr
hesabına yiyələnib.Sarqsyanın siyasi ambisiyalarını reallaşdırmaq üçün ilkin
kapitalı necə topladığı da yaxşı məlumdur–işğal olunan azərbaycanlı kəndlərindən
talan edilən və Ermənistana daşınan ev əşyaları və mal-qaradan əldə olunan gəlirin
həcmi yüz milyonlarla ölçülürdü.
Erməni
ictimaiyyəti qeyri-erməninin prezidentliyini qəbul edirmi?
Bu talandan gələn "kapital” olmasa Sarqsyanın sonrakı taleyi necə
olardı? Axı, nəinki Ermənistan sakinləri,
Dağlıq Qarabağ erməniləri belə onu heç zaman "özününkü” hesab etməyiblər və
bunun da səbəbləri var. S.Sarqsyan hakimiyyətə gələndən sonra öz nəsli haqda həqiqətləri
ört-basdır etməyə çalışsa da, erməni mənbələrindən
məlum olur ki, Ermənistanın hazırkı prezidentinin anası milliyətcə qaraçı olub
və vaxtilə zəngin bir ailədə xadimə kimi saxlanılıb. Onun ağa ilə münasibətləri
nəticəsində doğulan Serj yalnız sonradan "rəsmiləşdirilib” – ağa kənizinin Azat
Sarkisov adlı erməniyə ərə verib və sonradan Azat bu qadının uşaqlarına
"atalıq” edib. Üstəlik, onun həyat yoldaşı Rita Sarqsyan da milliyətcə erməni
yox, yezidi kürdüdür. Bu gün opponentləri
Sarqsyana qarşı bu faktordan istifadə etməyə çalışırlar. Axı, monoetnik ölkə
olan Ermənistanda başqa millətlərə yanaşmada daim qeyri-tolerantlıq hökm sürüb.
Və özü əslən qaraçı, yoldaşı isə yezidi olan insanın ölkəyə rəhbərlik etməsi
ifrat millətçiliyin hökm sürdüyü Ermənistanda etirazla qarşılanır.
Kriminal
korrupsiya
Ermənistanın üzləşdiyi siyasi və iqtisadi böhran hakim
klanın mövqelərini daha da laxladır. Erməni
Strateji və Milli Təhqiqatlar Mərkəzinin direktoru Manvel Sarkisyan ölkənin
bugünkü durumunu belə şərh edir: "Bizdə artıq feyk (saxta-red.) dövlət formalaşıb. Hətta Müstəqillik Bəyannaməsi də
feykdir, Konstitusiya da feykdir”.
Saxta dövlət termini, doğrudan da müasir Ermənistan
üçün olduqca aktual səslənir. Ölkənin başqa dövlətin forpostuna çevrildiyi ən
yüksək səviyyədə etiraf olunur, dövlətin əsas atributlarından olan silahlı qüvvələr
belə başqa ölkənin ordusunun bir hissəsinə çevrilib, ən strateji iqtisadi
obyektlər xarici dövlətin nəzarətinə verilib, ölkə müstəqil xarici siyasət
yürütmək imkanından məhrum edilib, dövlət başçısı isə taleyüklü məsələlərlə
bağlı qərar qəbul etmək iqtidarında deyil. Bütün bunlar azmış kimi, qurulmuş
kriminal korrupsiya sistemi ölkəni müasir təhlükələr qarşısında daha da aciz
edir. Bu sistem yalnız bir məqsədə xidmət
edir – hakim rejimin zənginləşməsi! Təsadüfi deyil ki, Ermənistanda qalmış
azsaylı müəssisələrin, demək olar ki, hamısı Sarqsyana və onun yaxın ətrafına məxsusdur, ölkədə xaricdən gələn pul axını da yalnız bu
istiqamətə yönəldilib.
Xarici təşkilatların hesablamalarına görə, son 10
ildə Ermənistandan qeyri-qanuni yolla 7,5 milyard dollar çıxarılıb və bu vəsait
prezidentin və onun komandasının hesablarındadır. Təsadüfi deyil ki, Ermənistanın müstəqillik
qazanmasından bəri ölkəyə yüz milyonlarla dollar göndərən diaspor, artıq
"tarixi vətənə” maddi yardım etmək istəmir. Çünki diaspor ölkənin "güclənməsi və
çiçəklənməsi” üçün ayrılan vəsaitin, əslində S.Sarqsyanın və onun ailəsinin
cibinə axdığının fərqindədir. Ermənistanda hakimiyyətə gəlmək üçün "Qarabağ
kartı”ndan istifadə etmiş Sarqsyan, zənginləşmək üçün də eyni kartdan istifadə
edir. Hələ Ermənistanın baş naziri olduğu dövrdə diaspordan gələn vəsait
hesabına özünə Moskva ətradında zavodlar
almış Sarqsyan iddia edirdi ki, güya bu müəssisələrdən əldə olunan gəlir
hesabına ölkənin müdafiə sahəsinə büdcədənkənar yardım edilir. Amma prezidetn
seçildikdən sonra Sarqsyan bu zavodları satıb pulunu ABŞ-da ipotekə və mənzil
bazarına yönləndirdi. Deyilənə görə, bu
işdə ona ABŞ-ın Ermənistanda səfirləri olmuş Mari Yovanoviç və Jon Xeffern də kömək
ediblər.
Sarqsyan prezident seçildikdən sonra da iri biznesi
ələ almaq üçün "Qarabağ kartı”nı qabardır.
Erməni mənbələrinin məlumatına görə, ölkə başçısı bütün iri şirkətlərə
haqq qoyub və payın 40%-nə sahib çıxır. Və yeni də iddia olunur ki, güya bu vəsait
ordu üçün silah-sursat almağa xərclənir.
Ermənistanda
qurulmuş kriminal korrupsiya sisteminin ən üzdə olan simalarından biri
prezidentin qardaşı Aleksandr Sarqsyandır. Dağlıq Qarabağda avtobus sürücüsü olmuş bu
adamı bu gün Ermənistanda hamı "Saşik 50%” adlandırır, çünki prezidentin
qardaşı istənilən biznes işini "həll etmək” üçün gəlirin yarısına sahib çıxır. Ermənistanda hamı yaxşı bilir ki, Yerevanda
"Saşik”in xoşuna gələn istənilən restoran dərhal payın yarısını ona verməlidir.
Əks təqdirdə, bütün restoran əldən çıxa bilər.
Məsələn,
populyar "Vanadur” restoranının sahibi Ardon Xandoyan prezidentin qardaşının təzyiqlərinə
rəğmən biznesini ona güzəştə getmək istəmədiyindən, şəhərin mərkəzində qətlə
yetirildi.
Xaricdəki erməni mənbələrinin məlumatına görə,
"Saşik” təkcə ABŞ-a 200 milyon dollar köçürüb və Kaliforniyada milyonlarla
dollar qiymətində olan villa sahibidir. Bundan başqa, onun Rusiya, İspaniya,
Çexiya və Bolqarıstanda da biznesi var.
Qoyunçuluq və meyvə idxalı sahələri də prezidentin qardaşının
monopoliyasındadır. Nəhayət, Ermənistan yollarında quraşdırılmış kamera va
radarlar faktiki olaraq "Saşiko”nun şəxsi biznesidir – cərimə şəklində yığılan
vəsaitin yalnız 30%-i dövlər büdcəsinə gedir, 70% isə prezidentin qardaşının
cibinə axır.
Prezidentin digər qardaşı Levon Sarqsyan elitar inşaat sahəsinə nəzarət edir və
fırıldaqçılığı ilə ad çıxarıb. Sxemi isə sadədir – prezidentin adından istifadə
edərək xaricdən sərmayə cəlb etmək və sonra vəsaiti mənimsəmək.
Nəhayət, Serj Sarqsiaynın kürəkəni, "Mişik” ləqəbli
Mixail Minasyan da bu korrupsiya
sxemində mühüm həlqələrdən biridir. Ermənistanın KİV sahəsinə tam nəzarət edən
"Mişik” "Panarmenian”, Armenia TV, Hay
TV, ATV, tert.am, news.am, blognews.am,
asekose.am və digər media qrup və onlayn nəşrləri nəzarətdə saxlayır. Minasyan ailənin çirkli pullarının yuyulması
sxemində mühüm rol oynayır. Bir neçə il əvvəl onun gözlənilmədən Vatikana səfir
təyin olunması da bu sxemlə bağlıdır:
kürəkənə ailənin pullarının Avropa banklarında yerləşdirməsi
tapşırılıb. Bu işdə ona ölkənin Böyük
Britaniyadakı səfiri Armen Sarqsyan kömək edir.
Bir sözlə,
bugünkü Ermənistan doğrudan da çox miskin təsir bağışlayır – bütün
regional layihələrdən kənarda qalan, qapalı sərhədlər içində boğulan, ölkənin
böyük iqtisadi müəssisələri Rusiyanın, xırda müəssisələri isə Serj Sarqsyanın
ailəsinin əllində olan yoxsul, səfil, işsizliyin fəlakət həddinə çatdığı ölkə.
Bütün bu proseslər ölkəni həm də demoqrafik fəlakətə doğru sürükləyir. BMT-nin
dünya ölkələrində demoqrafik vəziyyət və əhali artımının dinamikası ilə bağlı
hesabatına əsasən, hazırda 3,018 milyon nəfərin yaşadığı Ermənistanın əhalisi
2030-cu ildə 2,993 milyon, 2050-ci ildə 2,729 milyon təşkil edəcək...
Kamran
Həsənov, politoloq