AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan təkcə Azərbaycanın deyil, bütün regionun enerji təhlükəsizliyinə təhdiddir - Energetika naziri

Ermənistan təkcə Azərbaycanın deyil, bütün regionun enerji təhlükəsizliyinə təhdiddir - Energetika naziri

İqtisadiyyat
28 Oktyabr 2020, 13:45 166
Ermənistan Azərbaycanın elektrik stansiyalarını və strateji əhəmiyyətli boru kəmərlərini atəşə tutub ki, bu da təkcə Azərbaycanın deyil, həm də bütün regionun təhlükəsizliyinə təhdiddir.
 
Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Bakı Beynəlxalq Enerji Xartiyası Forumunda deyib.
 
O xatırladıb ki, sentyabrın 27-dən bugünədək Azərbaycanın işğal olunmuş ərazilərində torpaqların azad edilməsi ilə bağlı döyüş əməliyyatları davam edir:
"Ermənistan ölkəmizin dinc şəhərlərini atəşə tutmaqda davam edir. Hərbi əməliyyatlar başlayandan Ermənistan "Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan strateji boru kəmərinə bir neçə dəfə zərbələr endirib”.
 
Nazir bildirib ki, bu dəhliz təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinin bir hissəsidir.