• cümə, 19 Sentyabr, 03:51
  • Baku Bakı 17°C

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub

24.06.21 19:24 349
Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub
İyunun 24-də saat 14.30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən (MN)Kaspi.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
banner

Oxşar Xəbərlər