• çərşənbə, 24 Aprel, 06:04
  • Baku Bakı 13°C

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

11.06.21 17:08 241
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələrinin mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənKaspi.az-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
banner

Oxşar Xəbərlər