• cümə, 26 Aprel, 12:25
  • Baku Bakı 23°C

Ermənistan qaz şirkətini Rusiyaya satdı

16.01.14 12:52 1040
Ermənistan qaz şirkətini Rusiyaya satdı
“APA-Economics”in Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu alqı-satqı nəticəsində “Qazprom” “ArmRosQazprom”un səhmlərinin 100%-nə sahib olacaq.
Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, səhmlər indiyədək yığılıb qalmış 300 mln. dollarlıq borcun 156 mln. dollarının bağlanması üçün satılır. Borcun yarısı isə Rusiya şirkəti tərəfindən silinəcək.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin ötən il dekabrın 2-də İrəvana səfəri zamanı imzalanmış dövlətlərarası saziş 2043-cü ilədək Ermənistana digər şirkətin qaz idxal etməsini qadağan edir.
banner

Oxşar Xəbərlər