AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sarkisyan baş nazirin qərarını geri qaytarıb

Sarkisyan baş nazirin qərarını geri qaytarıb

Təfsilat
27 Fevral 2021, 19:45 673
Ermənistan prezidenti Armen Sarkisyan konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.

Kaspi.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Baş nazirin məlum fərmanı hüquqşünaslar və ekspertlər tərəfindən araşdırılıb və bunun Konstitusiyaya zidd olduğu qərara alınıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib. Bununla bağlı qərar verməsi üçün prezidentin 3 gün vaxtı vardı. (APA)