• cümə, 29 Mart, 12:01
  • Baku Bakı 14°C

Ermənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gələcək

01.09.17 12:30 572
Ermənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gələcək
Ermənistan parlamentinin nümayəndə heyəti "Avronest" Parlament Assambleyası çərçivəsində sentyabrın 22-də Bakıda keçiriləcək forumda iştirak etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.
Azərbaycana parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan və deputat ManeTandilyan gələcək.
Azərbaycan bir müddət əvvəl "Avronest" Parlament Assambleyasının (Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) Bakıda keçiriləcək iclasında iştirak üçün qurumun üzv dövlətlərinə, o cümlədən Ermənistana dəvət göndərib.
banner

Oxşar Xəbərlər