AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan ordusunun hərbiçiləri arasında spirtli içkilərə meyillilik adi hal alıb

Ermənistan ordusunun hərbiçiləri arasında spirtli içkilərə meyillilik adi hal alıb

Təfsilat
25 Noyabr 2021, 11:45 96
Ermənistan ordusunun hərbi qulluqçuları arasında spirtli içkilərə meyllilik artıq adi hal alıb. Bu vəziyyət ordu rəhbərliyi üçün başağrısına çevrilib. Elə bir ay və ya həftə yoxdur ki, içkili vəziyyətdə yol-nəqliyyat hadisəsi və digər cinayət törədən erməni hərbçisi məsuliyyətə cəlb olunmasın.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, yayılan məlumatlarda növbəti belə insidentin Ararat şəhərində baş verdiyi bildirilir. Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Mariam Petrosyan içkili vəziyyətdə şəhər əhalisinə qarşı nalayiq hərəkətlərə yol verib. Sakinlərin şikayətindən sonra hərbçi polis bölməsinə aparılıb. Onun hərbi qulluqçu olduğu müəyyən edildikdən sonra M.Petrosyan hərbi polis əməkdaşlarına təhvil verilib.