Ermənistan ordusunun əsgəri ağır güllə yarası alıb

Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. İlkin məlumata görə, hadisə dünən olub. N saylı hərbi hissənin qulluqçusu silahla davranış qaydalarının pozulması nəticəsində güllə yarası alıb. Hərbçinin vəziyyəti ağır qiymətləndirilir. Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.