AZE | RUS | ENG |

Ermənistan ordusunda ciddi korrupsiya faktı aşkar edilib

Ermənistan ordusunda ciddi korrupsiya faktı aşkar edilib
Ermənistan Müdafiə Nazirliyində ciddi korrupsiya faktı aşkar edilib. AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu ölkənin Təhlükəsizlik Xidmətinin mətbuat xidməti ictimaiyyətə xüsusilə böyük miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi faktını açıqlayıb.
Məlumatda bildirilir ki, aparılan təhqiqatın ilkin nəticələrinə görə, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri bir tədarükçü şirkətlə cinayət əlaqəsinə girərək şişirdilmiş qiymətlərlə mal və avadanlıq tədarükü üzrə kontrakt imzalayıblar. Bunun nəticəsində nazirlik tədarükçüyə malın dəyərindən 21,7 milyon dram (45 min dollar) çox vəsait ödəyib. Həmin məbləğ isə Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən mənimsənilib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamenti göstərilən faktla bağlı cinayət işi qaldırıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973