AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Ermənistan nə itirəcəyini anlamalıdır”

“Ermənistan nə itirəcəyini anlamalıdır”

Siyasət
02 May 2013, 14:08 1367
“Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı 20 ildən artıqdır davam edir. Lakin ATƏT-in Minsk Qrupunun münaqişəni nizamlamaq istiqamətində fəaliyyəti nəticə vermir, bu, bizdə narahatlıq doğurur”. APA-nın məlumatına görə, bu açıqlamanı Ankarada jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib.

O qeyd edib ki, Ermənistan nə aldığını və nə itirə biləcəyini anlamalıdır. Xocalı aeroportunun açılması məsələsinə gəldikdə isə, Araz Əzimov bildirib ki, bu, nə leqal, nə də siyasi yolla mümkündür.

Xarici işlər nazirinin müavini Rusiyanın Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanmasında xüsusi rol oynadığını vurğulayıb.