• şənbə, 20 Aprel, 01:59
  • Baku Bakı 15°C

Ermənistan “müharibə əsiri” isterikası ilə beynəlxalq ictimai fikri 4000 azərbaycanlı itkin mövzusundan yayındırmağa çalışır

14.05.21 13:30 1049
Ermənistan “müharibə əsiri” isterikası ilə beynəlxalq ictimai fikri 4000 azərbaycanlı itkin mövzusundan yayındırmağa çalışır
Azərbaycan müharibə əsirlərinin mübadiləsi sahəsində öhdəliklərini tam yerinə yetirib. Eyni zamanda, müharibədən sonra Azərbaycan əsgər və zabitlərinin yardımı sayəsində 1500 erməni əsgərinin cəsədi tapılaraq, Yerevana göndərilib. Erməni əsgərlərinin cəsədlərinin axtarışı zamanı Azərbaycan zabitləri Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın yerləşdirdiyi minaya düşərək həlak olublar. Ermənistan bu sahədə danışmağa mənəvi haqqı çatmır.
"Müharibə əsiri” adlandırılanlar isə təxribatçı, terrorist qrupun üzvləridir. Onlar müharibə bitdikdən sonra Qarabağ ərazisində 4 azərbaycanlı hərbçini və bir mülki sakini qətlə yetiriblər. Bu cinayətkarlar ədalət məhkəməsi qarşısında törətdikləri cinayətə görə cavab verməlidirlər.
Birinci Qarabağ müharibəsində 4000 azərbaycanlı itkin düşüb. Ermənistan bu insanların taleyi haqqında məlumat verməkdən israrla imtina edir. Qondarma "müharibə əsirləri” ilə bağlı Ermənistanın isterikası beynəlxalq ictimai fikri bu mövzudan uzaqlaşdırmaqdır.
AZƏRTACxəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev RFİ radiosuna müsahibəsində deyib.
Həmçinin səfir Kəlbəcər rayonu azad edildikdən sonra Başlıbel kəndində erməni silahlı qüvvələrinin törətdiyi kütləvi qırğından, eləcə də qətlə yetirilən azərbaycanlı mülki sakinlərdən - uşaq, qadın və ahıllardan danışıb.
Səfir jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri ilə bağlı sualına cavab verərək bildirib ki, bu səfər qardaşlıq, həmrəylik, xüsusilə də sülh mesajıdır. Səfir Azərbaycanın azad edilmiş ərazilərində başlamış yenidənqurma işlərindən də söz açaraq, səfərin bu kontekstdə təşkil olunduğunu bildirib. Qeyd edib ki, Türkiyə şirkətləri bölgədə yenidənqurma işlərində, xüsusilə də ərazilərin minalardan təmizlənməsində yaxından iştirak edir. Vurğulayıb ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Ermənistanın yerləşdirdiyi minalardan artıq 20 mülki sakinin həlak olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün azərbaycanlı, türk və rus mütəxəssislər ərazilərin minalardan təmizlənməsində birgə səy göstərirlər. Səfir bölgədəki vəziyyətlə bağlı da məlumat verib.

banner

Oxşar Xəbərlər