• cümə axşamı, 28 mart, 19:22
  • Baku Bakı 13°C

Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir

22.11.18 15:39 3656
Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir. Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.
İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır.
Türkiyə prezidentinin mətbuat katibi vurğulayıb: "İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir".
banner

Oxşar Xəbərlər