• cümə, 19 Aprel, 17:52
  • Baku Bakı 25°C

Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib

21.10.20 18:24 780
Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib

Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin aparatının yaydığı məlumatda bildirilib.
Bu gün qəbul edilən qərara əsasən, dekabrın 31-dən 6 ay müddətinə Türkiyə istehsalı olan məhsulların Ermənistana gətirilməsi qadağan olunub.
Qeyd edək ki, bununla bağlı bir müddət əvvəl qərar layihəsi hazırlanıb və ictimai müzakirəyə təqdim edilib.
banner

Oxşar Xəbərlər