• şənbə, 20 Aprel, 10:15
  • Baku Bakı 14°C

Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi

27.10.20 20:15 408
Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi

Ermənistan tərəfi döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmaqdan imtina edir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın bu gün Bərdə rayonuna raket atması ilə bağlı keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycan birtərəfli qaydada cəsədlərin qaytarılmasına razılıq verdiyi halda, Ermənistan tərəfi buna razılıq verməyib.
H.Hacyev bildirib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan mülki insanlara atəş açmır. Azərbaycan döyüş meydanında ermənilərin layiqli cavabını verir və bundan sonra da verəcək.
PA rəsmisi vurğulayıb ki, Ermənistan sərhəd zonalarında da təxribatlara əl atır.
O qeyd edib ki, beynəlxalq qanunlara əsasən, Azərbaycan təhlükə yaradan legitim hərbi hədəfləri zərərsizləşdirmək hüququnu özündə saxlayır.
banner

Oxşar Xəbərlər