AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur

Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur

Təfsilat
16 Aprel 2021, 21:00 844
Ermənistan həm Gürcüstanla, həm də Azərbaycanla siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyac duyur.
Trend-in məlumatına görə, bunu Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana səfəri zamanı deyib.
O bildirib ki, hazırda dalanda olan Ermənistan nəqliyyat yollarının açılmasında maraqlıdır:
"Amma bəzi çətinliklər mövcuddur. Yolların açılmasından əvvəl çoxlu addımlar atılmalıdır. Amma Ermənistanın həm Gürcüstanla, həm də Azərbaycanla daha fəal siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyacı olduğu faktdır".